İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər səhər bunu etsəniz, ömrünüz uzanacaq

2007 13.01.2023 19:00 Səhiyyə A A

"Medical Point Qaziantep Xəstəxanası"nın diyetoloqu Özlem Güleçoğlu mədə xərçəngi ilə mübarizə aparan insanların az və tez-tez yeməsi lazım olduğunu bildirərək qazlı içkilərdən uzaq durmalarını tövsiyə edib.

Musavat.com xəbər verir ki, diyetoloq mədə xərçəngindən əziyyət çəkənlərin iştahsızlıq yaşadıqlarını bildirib. 

Ö.Güleçoğlu mədə xərçəngindən müalicə alan xəstələrdə qidalanma ilə bağlı diqqət edilməli məqamları sadalayıb: 

"Bu xəstələr az və tez-tez yemək yeməli, bu yeməklər boyat olmamalıdır. Qazlı içkilər qəbul edilməməli, yeməklər arasında su istehlak edilməməlidir. Su yeməkdən 30-40 dəqiqə sonra və ya əvvəl içilə bilər. Tam taxıl çörəyi, kəpəkli çörək və portağal istehlakından çəkinmək lazımdır. Günə erkən başlamaya və səhər yeməyinə diqqət yetirilməlidir. Yüksək kalorili və proteinli qəlyanaltılar seçilməlidir. Məsələn, yumurta, pendir, südlü desert, fıstıq yağı, qoz-fındıq, pudinq. Ət və ya toyuq şorbaları, ətli xörəklər, həmçinin içki kimi süd və ya ayrana üstünlük verilə bilər. Mədə xərçənginin ən çox görülən səbəbləri B12 vitamini, dəmir, kalsium və fol turşusu çatışmazlığıdır. B12 vitamini olan qida mənbələri: toyuq, balıq, yumurta sarısı və pendir, dəmirlə zəngin qidalar: qaraciyər, qırmızı ət, yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar. Kalsium mənbəyi olan məhsullar: süd və süd məhsulları, qoz-fındıq, yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, fol turşusu baxımından isə orqan ətləri (qaraciyər, beyin, böyrək), ispanaq, kələm, gül kələmi".  

Musavat.com            

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR