İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər kəsin evində olan bu bitki möcüzələr yaradır - Çayını içmək kifayətdir...

1827 08.08.2023 15:35 Səhiyyə A A

Əksər bitkilər orqanizmə əhəmiyyətli faydalar verir, hətta xəstəliklərin müalicəsində mühüm rol oynayır. Xüsusilə valerian (pişikotu) Azərbaycanda, demək olar, hər kəsin evində olan, sağlamlıq üçün mühüm əhəmiyyət kəsb edən bir bitkidir. Toz və ya qurudulmuş halda olan pişikotu daha çox çay şəklində istifadə olunur.

Musavat.com xəbər verir ki, stressin öhdəsindən gəlmək üçün yuxu keyfiyyətini yaxşılaşdıran valeriandan istifadə edilir. 

Bu bitki həm də psixoloji pozğunluqların həllində alternativ təbabət üsulu kimi istifadə olunur. Güclü antioksidant olan valerian sakitləşdirici təsirə malikdir, ümumiyyətlə, fiziki və psixoloji stress üçün yaxşıdır.

531655.jpg (135 KB)

Serotonin hormonunda ciddi artım təmin edən valerian müntəzəm istifadə edildikdə narahatlığın qarşısını alır. Bu bitkidən obsesif kompulsiv pozğunluqların və bu kimi xəstəliklərin əlamətlərini azaltmaq üçün də istifadə edilə bilər. 

Ölkəmizdə çox istifadə edilən, pişikotu kimi də tanınan valerian menopoza girmiş qadınlarda rahatlıq təmin edir. Bundan başqa, ağrılı menstruasiya keçirən qadınlara bu bitkinin çayını içmək tövsiyə olunur. Bu çay qadınların menstruasiya dövrlərində meydana gələn psixoloji və fiziki problemlərini aradan qaldırır.

kediotucayijpg_d728.jpg (134 KB)

Onu da qeyd edək ki, valerian həm də həzm sistemini tənzimləyir, beyini canlandırır, zehni yaxşılaşdırır. Xüsusilə gənclər imtahan verərkən valerian çayı istehlak edə bilərlər.

Valerian çayı necə hazırlanır?

2 çay qaşığı valerian kökünü qaynar suya əlavə edin, 30 dəqiqə dəmləyin. Acı bir dad verə biləcəyi üçün ona bal əlavə etmək olar. 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR