İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmyerlimiz fenomenal yaddaşı ilə Fransanı SİLKƏLƏDİ – qalib oldu FOTO

2010 11.07.2023 16:17 Təhsil A A

İyunun 30-dan iyulun 1-dək Lill Universitetində 15 ölkədən 50-dən çox abituriyentin iştirak etdiyi yaddaş üzrə Fransanın açıq çempionatında azərbaycanlı Orxan İbadov ən güclü yaddaş sahibi adını qazanıb.

Musavat.com xəbər verir ki, Orxan İbadovun sözlərinə görə, Lilldə keçirilən müsabiqə Azərbaycanla Fransa arasında gərgin siyasi vəziyyətə təsadüf etdiyinə görə onun üçün xüsusi əhəmiyyət kəsb edib.

Orxan qalib olmaqla çempionatın gedişini izləyən Fransa ictimaiyyətinə mesaj göndərmək niyyətində olduğunu açıqlayıb. Yarış boyu təşkilatçıların Azərbaycan təmsilçisinə qarşı qərəzliliyi hiss olunub. Çox gərgin atmosferdə keçən yarışın ilk günündə Orxan 4 yarışdan sonra 5-ci yeri tutub. Həmin gün fransalı Silvain Arvidye həmyerlimizi 400 xal qabaqlayaraq lider olub.

orkan.jpeg (193 KB)

Bununla belə, 2-ci gündə Arvidye ilə fərqi minimuma endirən Orxan İbadov son yarış zamanı lideri 9 xal qabaqlamağı və çempion olmağı bacarıb.

O.İbadov deyib ki, qələbəyə ağır psixoloji vəziyyətdə nail ola bilib. Yarışdan əvvəl Orxan İbadovun Silvain Arvidyedən güclü olduğunu bilən turnir təşkilatçıları yaddaş üzrə turnirlərin beynəlxalq qaydalarını kobud şəkildə pozaraq, gözlənilmədən fotosessiyaya fasilə elan ediblər. Bununla Orxan İbadovun diqqətini açıq-aşkar zəiflətməyə çalışıblar. Buna baxmayaraq, həmyerlimiz soyuqqanlılığını qoruyub, Silvaini qabaqlayıb və Fransa Açıq çempionatının qalibi olub.

Qeyd edək ki, Orxan İbadov 2017-ci ildə İstanbulda keçirilən “Memorial” beynəlxalq yarışının çempionu olub, daha sonra bir neçə beynəlxalq turnirin, o cümlədən Almaniya açıq çempionatının qalibi olub.

Xatırladaq ki, 37 yaşlı Orxan İbadov yaddaş və təhsil sahəsində dünyanın aparıcı ekspertlərindən biri hesab olunur. Hazırda o, dünyanın ən fenomenal yaddaşı olan ilk on insandan biridir. Orxan İbadov “Dörd beyin” nəzəriyyəsi ilə tanınır, ona görə, hər bir insan zehni yalnız əsas funksiyalar üçün, ikinci dərəcəli məqsədlər üçün isə beynin köməkçi hissələri üçün istifadə etməlidir. Hazırda Orxan İbadov Avropa və Cənub-Şərqi Asiyanın bir sıra təhsil müəssisələrində təhsilin inkişafı üzrə məsləhətçi vəzifəsində çalışır. O, yaddaşı, beyni və təfəkkürün məhsuldarlığını gücləndirmək üçün mütəmadi olaraq İspaniya və digər Avropa ölkələrində korporativ və fərdi təlimlər keçirir. Orxan İbadov ixtisasca hüquqşünasdır, 2001-2007-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR