İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həmin an vəsiqəmi cırıb, televiziyadan gedərəm” - Zauru özündən çıxardılar

2223 18.03.2022 09:35 Media A A

"Bizimləsən" proqramında təqsirləndirilən şəxslərdən birinin ondan şikayət edən qadın haqda "proqramlara pul verir" ittihamı Zaur Baxşəliyevi özündən çıxarıb.

Musavat.com xəbər verir ki, aparıcı həmin şəxsin sözügedən verilişi nəzərdə tutmasına irad bildirib:

"Televiziyada fəaliyyət göstərdiyim tarix müddətində bir qadın, bir kişi... - kimsə sübut etsə ki, mən və ya komandamın kimdənsə təmannası olub, həmin an vəsiqəmi cırıb televiziyadan gedərəm.

Hansı verilişlərdə olursa, özləri bilər. Burada hələ cibimdən, maaşımdan camaata, gələn xəstə uşaqlara dəstək oluram. Bildiniz, bilmədiniz danışmayın. Ən azı burada dəstək olduğum neçə şahid var".

Daha sonra sözügedən şəxs fikirlərini düzgün ifadə etmədiyini söyləyib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR