İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmid Ağalarov Azərbaycan millisində oynayacaq? - Atasından açıqlama

986 01.10.2023 17:43 İdman A A

Rusiyanın "Axmat" klubunun hücumçusu Həmid Ağalarovun atası Ruslan Ağalarov oğluna vətəndaşlığını dəyişərək Azərbaycan milli komandasına keçmək təklifi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sport24" ata-Ağalarovun dediklərini belə çatdırıb.

“Mən heç nə bilmirəm və eşitməmişəm ki, Azərbaycan Futbol Federasiyası Həmidə vətəndaşlığını dəyişməyi təklif edib. Heç kim mənimlə əlaqə saxlamayıb, Bəlkə Həmidlə danışıblar, deyə bilmırik. Hazırda biz Rusiya Federasiyasının vətəndaşlarıyıq və bununla fəxr edirik”.

Peşəkar karyerası ərzində heç vaxt Rusiya millisinin əsas komandasında çıxış etməyən Ağalarov U-18-dən U-21-ə kimi gənclərdən ibarət komandalarda ümumilikdə 24 oyun keçirib.

23 yaşlı futbolçu 2022-ci ilin iyulunda "Ufa"dan "Axmat"a keçib. Transferin məbləği 3,5 milyon avro təşkil edib (Transfermarkt-ın məlumatına görə). Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm Ağalarov Rusiya Premyer Liqasında dörd oyun keçirib və bir qol vurub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR