İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS rəsmisi Əbu Merzuk: “Hizbullahdan çox şey gözləyirdik”

1135 31.10.2023 16:45 Dünya A A

HƏMAS-ın rəsmi şəxslərindən olan Musa Əbu Mərzuk İsrailə qarşı kifayət qədər dəstək ala bilmədiklərini bildirib və "Hizbullahdan çox şey gözləyirdik" deyib.

Musavat.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, HƏMAS-ın beynəlxalq əlaqələr idarəsinin rəhbəri Əbu Mərzuk bu sözləri Qətərin “Əl-Cəzirə televiziyasına açıqlamasında deyib. Əbu Mərzuk deyib: “Hizbullahdan və İordan çayının qərb sahilindəki qardaşlarımızdan çox şey gözləyirdik. Biz Fələstin administrasiyasındakı (Mahmud Abbasın rəhbərlik etdiyi) qardaşlarımızın münasibətindən utanırıq”.

Fələstin administrasiyasında bəzi səlahiyyətlilər arasında münasib mövqedə olanların mövcudluğunu, Qəzzanın səsinə səs verməyəinlərin isə həddən artıq çox olduğunu ifadə edən Əbu Mərzuk deyib: “Bir çox əcnəbilər bizə Fələstin muxtariyyətinin üzvlərinin və bəzi ərəb ölkələrinin gizli şəkildə Qərbi “HƏMAS-I aradan qaldırmağa” çağırdıqlarını bildirirdilər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR