İnsanlara hürriyət, millətlərə istiqlal!

Həftədə cəmi bir qram duz... - Yeni araşdırma

1096 16.11.2023 18:59 Yaşam A A

Həkimlər çox vaxt duz istehlakını azaltmağı məsləhət görürlər. Vanderbilt Ürək-Damar Tədqiqatları Mərkəzinin (ABŞ) alimləri bununla bağlı araşdırma aparıb.

Musavat.com xəbər verir ki, bu barədə "Doctorpiter" nəşri məlumat yayıb.

Belə ki, tədqiqatda 50-75 yaş arası 213 nəfər iştirak edib.

Onların 25 faizində normal qan təzyiqi, 20 faizində nəzarət altında hipertoniya, 31 faizində nəzarətsiz hipertoniya, 25 faizində isə müalicə olunmamış hipertoniya olub.

Bəzi könüllülər 7 gün ərzində yüksək duzlu qidalar qəbul ediblər. Belə ki, onlar pəhrizlərinə 5,5 qram duz (təxminən bir çay qaşığı) əlavə ediblər.

Digər iştirakçılara isə gündə 1,2 qram duz qəbul etməyə icazə verilib.

Eksperiment nəticəsində məlum olub ki, bu insanların 73,4 faizində orta arterial təzyiq duzlu qidaları qəbul edənlərlə müqayisədə azalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR