İnsanlara hürriyət, millətlərə istiqlal!

Həcc ziyarəti niyə baha başa gəlir: 10 min manata ziyarət olar?

1194 16.03.2023 13:25 Son xəbər A A

“Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarəti üçün qiyməti çox yüksək müəyyən edir. Bir müddət öncə cəmiyyətdə belə bir informasiya yayılmışdı ki, QMİ bu il Həcc ziyarəti üçün əsaslı endirim edəcək, lakin idarə bu xəbəri təkzib etdi”.

Bu fikirləri Musavat.com-a ilahiyyatçı Rəsul Mirhəşimli deyib. O, qeyd edib ki, qiymətin yüksək olması Həcc ziyarətini yerinə yetirmək istəyən müsəlmanların istəyinə mane olur: “Qiymətin yüksək olmasını müxtəlif amillərlə izah etmək olar. Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedənlər arasında ən yüksək səviyyəli xidmət İndoneziya, Malayziya və Türkiyə vətəndaşları üçün təşkil olunur. Türkiyə Dəyanət İşləri Komitəsi hər il 110 min zəvvar üçün ziyarət təşkil edir və zəvvarlara komitənin 30 min nəfərlik heyəti xidmət edir. Azərbaycanlı zəvvarlar əksər hallarda təşkilatçılıqdan giley edirlər. 2011-ci ildən sonra Yaxın Şərqdə münaqişələrlə əlaqədar avtobus səfərləri təxirə salınıb. Azərbaycanlı zəvvarlar yalnız təyyarə ilə səfər edə bilirlər. Həcc mərasimi başlayanda azərbaycanlı zəvvarlar uzun müddət avtobuslarda gözləməli olurlar. Bu, QMİ-nin müdaxilə edə biləcəyi məsələ deyil. Çox güman ki, bu, Azərbaycanlı zəvvarların sayının az olması ilə əlaqədardır”.

R.Mirhəşimli ziyarət üçün fiziki hazırlığın önəmini vurğuladı: “Havanın isti olması, gecələmə şəraiti və s. səhhətində problemi olan, yaşlı insanlar üçün əlavə çətinliklər yarada bilər. Bu şəraiti süni şəkildə ağırlaşdırmamaq üçün lazımi tədbirlər görülməlidir. İldən-ilə zəvvarların sayı azalır. Qiymətin yüksək olması zəvvarların sayının az olması ilə əlaqədardır”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri təyin edib. Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları, yəni 9788 AZN-dir. Qeyd edək ki, bu məbləğ ötən il 5350 dollar (9105 AZN) idi.

2022- ci ildə Türkiyə vətəndaşları üçün Həcc ziyarətinin qiyməti 62 min lirə (5555 AZN) 86 min lirə (7704 AZN) arasında dəyişirdi.

Builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək. Sənədlərin qəbulu 17 mart tarixindən başlanacaq.


Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR