İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdə olan oğluna qeyri-adi üsulla narkotik apardı

912 31.03.2022 21:26 Kriminal A A

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar Xidmətdən məlumat verilib.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Tərlan Taleh oğlu İslamova anası Bakı şəhər sakini Sara Əvəz qızı İslamova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan maykaya xüsusi üsulla hopdurularaq gizlədilmiş ümumi çəkisi 0,250 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR