İnsanlara hürriyət, millətlərə istiqlal!

Hay olanda nə olar, həya da yaxşı şeydir!

1088 30.04.2022 09:40 Yazarlar A A

Qarabağdakı separatçılar Azərbaycana məxsus tarixi abidələrin saxtalaşdırılması istiqamətində növbəti təxribatlara başlayıblar. Baxın, “Acından günorta yuxudan duran” bu vəhşi tayfa Qarabağdakı kilsələri “təmir edir”. Yepiskop Vrtanes Abramyan deyib ki, Amaras kompleksindəki işlər 2023-cü ildə yekunlaşacaq.

Erməni quzğunların “halına yandığı” Amaras məbədi Xocavəndin Sos kəndi ərazisində yerləşən xristian monastırıdır. Mənbələrdə qeyd olunub ki, məbəd Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət olunub, ən müqəddəs ünvanlardan biri sayılıb, hətta xristianlıqdan öncə də dini mərkəz kimi tanınıb. Bunu ərazidə aparılan arxeoloji qazıntılar da təsdiqləyib, izlər eranın 1-ci əsrinədək gedir. İndi erməni vandallar “təmir” adı ilə Azərbaycanın tarixi məkanını darmadağın edirlər.

Şuşadakı Yuxarı Gövhərağa məscidini necə “təmir” etdiklərini gördük. Təsadüfi deyil ki, dövlət başçısı Şuşaya ilk gedişində təqribən beləcə, “təmiriniz başınıza dəysin” deyərək, məscidimizin əsaslı təmiri və tarixi izlərinin, görkəminin qaytarılmasına qərar verdi.

Beynəlxalq təşkilatlar, xüsusən də tarixi-dini-mədəniyyət abidələrilə məşğul olan qurumlardan heç biri, həmçinin UNESCO-dan erməni vandallığına sərt təpki görmədik. Avropa Parlamenti isə görünməmiş utanca imza ataraq, Azərbaycanın “ermənilərə məxsus” mədəni irsi “dağıtmaqda” (?!) günahlandıran qətnamə qəbul etdi - 700-ə yaxın deputatın səsi ilə!

Azərbaycan dövləti dəfələrlə beynəlxalq təşkilatları Qarabağın xarabalıqlarına baxmağa, erməni vandalizminin “əl işlərini” görməyə dəvət edib. İşğal dövründə Qarabağdakı ermənilərin Suriya, Liviya və digər ölkələrdən köçürülən erməni terrorçuların sayəsində həyata keçirdikləri qanunsuz məskunlaşdırma faktlarını araşdırmaq üçün çağırılanların, müxtəlif bəhanələrlə bu prosesdə iştirakdan yayınanların iç üzünü yaxşı tanıyır. İndi də Azərbaycanın çoxsaylı maddi-mədəni irsini darmadağın edənlərin vəhşiliklərinə şahidlik etmək istəmir həmin qurumlar. Amma ermənilər şivən qoparır, Şuşadakı, ya Hadrutdakı kilsələrin əvvəlki simasına qaytarılmasına görə onların havadarları da bu məsələdə Azərbaycanı günahlandırır. Birisi erməni vandalların ağzından vurmur ki, “ay filan-filan şüdə”lər, Qarabağa sizin köçünüz cəmi 194 il əvvəl başlayıbsa, azı min illik alban məbədlərinin sizə nə dəxli var?! Hay olanda nə olar, millətin bir abır-həyası da olar axı...

Yuxarıda adını çəkdiyimiz Vrtanes adlı separatçı-keşiş deyib ki, yaxın zamanlarda Qarabağda yeni kilsə tikilməyəcək, amma tarixi kilsələr restavrasiya olunacaq. Yəni Kilsə, xristian bayrağı altında min hoqqadan çıxanlar Azərbaycanın alban mədəniyyətinə aid olan bütün izlərin itirilməsini sürətləndiriblər. Keşiş başqa monastırlardan da bəhs edib: “Bri Yextsi”, “Yeritsmankants”, “Yeqişe Çartar” adlandırdıqları məbədlərimizi də növbəti dəfə mundarlamaq istəyirlər.

Bunlar din, məbəd qədri bilən, Allahı tanıyan olsaydılar, günahsız körpələri qətlə yetirməz, Azərbaycana məxsus 60-dan çox məscidi yer üzündən silməz, yarım salamat qalan müqəddəs məkanlarımızda da inək, donuz saxlamazdılar. Nə oldu, 30 illik işğal dönəmində “erməni zəvvar”ların yadına kilsə düşmədi, amma 44 günlük müharibədən sonra az qala hər ay sürü halında buradakı alban kilsələrinə üz tuturlar - rusiyalı hərbçilərinə qayğısı altında!

Ortada məkr var. Əslində bu, yenilik deyil. 19-cu əsrin birinci yarısında ermənilərin Azərbaycan ərazilərinə kütləvi köçündən sonra da Çar Rusiyası həvəslə ermənilər üçün kilsələr tikməyə, yaxud qədim Qafqaz Albaniyasına məxsus monastrları, məbədləri ermənilərin ixtiyarına verməyə başladılar. Bununla da ermənilərin beyninə yeritdilər ki, bu məbədləri siz tikibsiniz, “qırsaqqız” olun, yapışın, qopmayın! İki əsr keçib, yenə rus “sülhməramlı”lar erməni “zəvvar”ların alban məbədlərini “ziyarət”inin hayındadır.

Münasibət bəllidir və belə də davam edəcək. Odur ki, gecəli-gündüzlü çalışmalı, bu saxtakar milləti ifşa etməliyik. Məsələn, ermənilər Hadrut, ya Şuşadakı kilsənin xaçının söküldüyünü iddia edirsə, bizim bu iftiraları alt-üst etmək üçün kifayət qədər dəlillərimiz var. Həmin məbədlərin orijinal fotolarını ermənilərin və onlara havadarlıq edənlərin gözünə soxmaq olar. Yaxud elə bu gün Xocavənddə və digər ərazilərimizdə tariximizə balta çalınmasını niyə sükutla qarşılayırıq? Nədən əlaqədar qurumlar dünyanı ayağa qaldırmasın, bu saxtakarlardan tariximizə balta çalınması prosesini dərhal dayandırmağı tələb etməsin?! Heç olmasa udinlərin etirazını təşkil etmək olar axı. Bunu da Prezidentmi deməlidir?!.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR