İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakerlərlə BAŞI DƏRDDƏ - 9 milyonluq "Youtube" kanalı yenidən oğurlandı FOTO

983 17.04.2024 19:57 Region A A

Sənədli janrda videolar yayımlayan türk yutuber Ruhi Çenetin kanalı ikinci dəfə haker hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, məşhur yutuberin 9 milyona yaxın abunəçisi olan kanalı son vaxtlar kriptovalyuta fırıldaqçılarının hədəfinə çevrilib.

Belə ki, Çenet bir neçə gün əvvəl baş verən haker hadisəsindən sonra hesabını geri ala bilsə də, təəssüf ki, qısa müddət sonra ikinci dəfə haker hücumuna məruz qalıb.

R.Çenet əvvəlki haker hücumu ilə bağlı verdiyi açıqlamada saxta e-poçtda əməkdaşlıq təklifi kimi görünən fayl açdığını və kanalının bu şəkildə oğurlandığını bildirib.

İkinci oğurluqda isə hakerlər Ruhi Çenetin YouTube kanalında "Telegram"ın baş direktoru Pavel Durovla müsahibəni canlı yayımlayırlar. Bundan əlavə, hədiyyə qazanmaq üçün izləyicilərdən ekrandakı QR kodu skan etmələri xahiş olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR