İnsanlara hürriyət, millətlərə istiqlal!

Haiti: baş qiyamçıdan baş nazirə tövsiyə -“Ölkəyə qayıtma və istefa ver”

516 09.03.2024 13:48 Dünya A A

Haitinin eks-prezidenti Jan-Bertran Aristidin (2001-2004) devrilməsində iştirak edən, bu ilin yanvar ayında baş nazir Ariel Henrinin istefası tələbi ilə kütləvi etiraz aksiyalarına çağıran keçmiş üsyançı lider Gi Filipp baş nazirə ölkəyə qayıtmamağı və istefa verməyi tövsiyə edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Filipp “Röyter”ə açıqlamasında deyib: “O, istefa verməlidir. Düşünürəm ki, o, indi olduğu yerdə qalmalı və haitililərin öz müqəddəratlarını həll etməsinə icazə verməlidir”.

Haitinin paytaxtı Port-o-Prinsin hava limanı yaxınlığında fevralın sonundan bəri davam edən atışmalara görə Henri Keniya səfərindən sonra ölkəyə qayıda bilmir. Onun təyyarəsi ABŞ-la əlaqəli olan Puerto-Riko ada əyalətinin ərazisinə enməyə məcbur olub.

Keçmiş üsyançı lider ölkədə hakimiyyət uğrunda mübarizə aparıb-aparmayacağı ilə bağlı suala cavab verib ki, prezidentliyə namizəd olacaq. “Bəli, siyasətə gedirəm. Mən senator idim, xalqım tərəfindən seçildim, yenidən seçkiyə gedəcəyəm”, - Filipp deyib.

Martın əvvəlində Haiti müxalifətinin nümayəndələri ölkədəki siyasi böhranın aradan qaldırılması planını təqdim ediblər, bu plan hazırkı baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasını və Filippin rəhbər olacağı keçid şurasının yaradılmasını nəzərdə tutur.

Gi Filipp 2004-cü ildə Aristidin devrilməsində fəal iştirak edən keçmiş ordu zabiti və polis rəisi olub. Aristid hakimiyyətdən kənarlaşdırıldıqdan sonra Filipp 2005-ci il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb, lakin sonradan səslərin 1%-dən azını toplayıb.

Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə prezident Jovenel Moisenin öldürülməsindən və həmin ilin avqustunda 2200-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib.

“Telesur” telekanalının məlumatına görə, quldur dəstələri paytaxt ərazisinin 80%-dən çoxuna nəzarət edir və ölkənin digər bölgələrində də möhkəmlənir. Bundan əvvəl bəzi cinayətkar qrupların Henri hökumətini zorla devirmək planları barədə məlumat yayılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR