İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Şahinin oğlu atasının heykəlindən danışdı

2470 09.08.2023 20:52 Gündəm A A
 
Xəbər verdiyimiz kimi, mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin heykəli hazırlanıb.   Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirə yaradıb.  Bəzi istifadəçilər heykəlin mərhum Hacı Şahinə bənzəmədiyini vurğulayıblar. 
 
Məsələ ilə bağlı "Sherg.az"a danışan Hacının oğlu Hüseyn Həsənli bildirib ki, heykəli onlar hazırlatdırmayıb:
 
"Bizə aidiyyəti yoxdur. Kimin hazırlatdırdığı haqqında isə məlumatlı deyiləm. Kimsə özü üçün edib. Problemli bir şey deyil".
 
Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR