İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Şahinin məzarının ziyarəti ilə bağlı yeni mövqe -TƏFƏRRÜATLAR

4358 09.03.2023 20:25 Gündəm A A

Martın 2-də səhər saatlarında ürək tutmasından dünyasını dəyişən din xadimi Hacı Şahin Həsənli məzarını ziyarət edənlərin ardı-arası kəsilmir. Lakin edilən ziyarətləri biznes kimi dəyərləndirməyə çalışanlar da az deyil.

TV Müsavatın əməkdaşları millət vəkililin mövzu ilə bağlı açıqlama alıb. Reportajda həmçinin sosial şəbəkələrdə Hacı Şahin Həsənlinin məzarının ziyarətgah kimi verilməsi ilə bağlı tur rəhbərinin də mövqeyi açıqlanıb.

P.S. Bu barədə ilk xəbəri yayan Globalinfo.az saytının müxbiri Zaira Akifqızının Musavat.com-a bildirdiyinə görə, məlumatda heç bir yalan yoxdur. Sədaqət xanım ona verdiyi açıqlamada Hacı Şahinin məzarının ziyarət olunacağını söyləyib və onun səs yazısı redaksiyada saxlanılır. Z.Akifqızının sözlərinə görə, Sədaqət xanımla yenidən əlaqə saxlayıb, o, müxbirə əvvəlki mövqedə qaldığını deyib. Jurnalist onu da bildirib ki, ziyarət siyahısında Hacı Şahinin məzarının yazılması fotoşop deyil: “Sədaqət xanımın dediyinə görə, sözügedən elanda yalnız onun mobil nömrəsi sonradan fotoşopla əlavə edilib, qalan bütün məlumatlar doğrudur”.

Dürrə Həsənova,
Rafet Şahbazov,
Musavat.com

86faff8a-b26f-44e2-884b-f829b384c927.jpg (141 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR