İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Şahinin məzarı ziyarətgahlar sırasında

4006 09.03.2023 20:20 Gündəm A A

Kənan Rövşənoğlu: “Niyə də olmasın...”

Deputat: “Bu məsələdə ifrata varmaq olmaz”

Sosial şəbəkələrdə Bakı daxilində müqəddəs hesab edilən yerlərə ziyarət təşkil edən tur şirkətinin paylaşımı diqqət çəkib. Belə ki, siyahıda mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarı ilk ziyarət yeri kimi göstərilib.

Özünü təşkilatçılardan biri kimi təqdim edən Sədaqət adlı xanım məsələ ilə bağlı Globalinfo.az-a bildirib ki, bunu insanların müraciətləri əsasında qərarlaşdırıblar: “Bizdə əsasən Bakı daxilində olan ziyarətlər həyata keçirilir. Artıq özümüzə borc bilirik ki, bizi dini baxımdan yetim qoyan hacının da qəbrini ziyarət edək. Onun şəxsiyyətinə böyük hörmətimiz var. Bunun üçün əlavə ödəniş də tələb edilmir, qiymət də eyni saxlanılır. Bəzi insanlar özləri bizə müraciət etdilər ki, ziyarətlərin siyahısına hacının məzarını da daxil edək. Buna qeyri-adi şəkildə yanaşılmasını, böyüdülməsini istəmərik”.  

Qeyd edək ki, Hacı Şahin Həsənlinin məzarının ziyarətgaha çevrilməsi məsələsi əksəriyyət tərəfindən təqdir olunub. 

Siyasi İslamın 50 illik dövrü - Kənan Rövşənoğlu

Dini ekspert Kənan Rövşənoğlu mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bunları deyib:“Mən ümumiyyətlə, Bakıda dini ziyarətgahlara turlar təşkil edən şirkətlərin olmasından xəbərsizəm. Amma olması da qeyri-adi deyil, bu da bir işdir. Əgər bu xidmətdən istifadə edənlər varsa, belə bir iş niyə olmasın. Hacı Şahinin dəfnindən 7 gün keçib və müşahidə edirəm ki, hər gün, gecə və gündüz qəbrini ziyarət edənlər var. Dünyadan köçmüş insanın qəbrini ziyarət etmək qadağan deyil. Üstəlik, Hacı Şahin din xadimi, mömin insan olduğu üçün, insanlar tərəfindən sevildiyi üçün onun qəfil vəfatı onu tanıyanlar və sevənlərə kədərləndirib. Bu səbəbdən də məzarını ziyarət edənlər çoxdur. Bəyəm ilk dəfədir ki. azərbaycanlılar hörmətli, nüfuzlu, əziz adamını ziyarət edir? Görünür hansısa bu cür tur şirkəti Hacının məzarına insan axınını görüb düşünüb ki, bununla insanları cəlb edə bilər”.

Şeyx niyə Turançı ola bilmir?

İlahiyyatçı Emil Rahiloğlu isə qeyd etdi ki, hər hansısa bir məkanın ziyarətgaha çevrilməsi şəxsi istək və ya hansısa qurumun tələbi əsasında olmur: “Digər cəhətdən, bu məsələ şəri bir məsələ də deyil. Amma mövzuya ümumi yanaşma etdikdə bunu deyə bilərəm ki,  imam övladı və ya nəvəsi olan və ya olmayan şəxslərin qəbirlərinin ziyarətgaha çevrilməsi insanların həmin şəxsə rəğbətindən asılı olan bir məsələdir. Əgər insanlar həmin şəxsin qəbrini mütəmadi olaraq ziyarət edir və orada dualar oxuyurlarsa həmin yer artıq ziyarətgahdır. 

Əlbəttə mütəmadi dedikdə bu 40 gün, 45 gün nəzərdə tutmuram. Yəni insanların gediş-gəlişi elə bir həddə olsun ki, artıq zehinlərdə həmin məkan elə formalaşmış olsun”.

Ceyhun Məmmədov: "Bütün hallarda Tehranda baş verən hadisələrə görə İran  dövləti məsuliyyət daşıyır"

Millət vəkili Ceyhun Məmmədov isə mövzuya bu cür rəy bildirdi: “Hamımıza məlumdur ki, Hacı Şahin cəmiyyətimizdə kifayət qədər nüfuzu olan şəxs idi. Və təkcə dindarlar deyil, qeyri-dindarlar arasında da rəğbətlə  qarşılanan şəxs idi ki, bu da onun ictimai fəallığı, insanlarla yaxşı kommunikasiya qurması ilə bağlı məsələdir həm də...Əlbəttə ki, hər bir şəxsə  hörmətlə yanaşmalıyıq, amma ifrata da  varmamalıyıq. Bəli, Azərbaycan cəmiyyəti Hacı Şahinin vəfatı ilə dərin hüzn keçirdi. Amma bu məsələdə dinin şərtlərinə, qaydalarına da əməl etməliyik, yəni ifratdan uzaq olmalıyıq, hansısa  bir şəxsi həddindən  artıq qiymətləndirilməsində ifratdan çəkinməliyik.  Müşahidə edirəm ki, bu məsələni siyasiləşdirənlər, ondan siyasi məqsədlə istifadəyə cəhdlər var. Bunlar yolverilməz, qəbuledilməzdir. İstənilən şəxs onun məzarını ziyarət edə bilər, bunun üçün də heç bir məhdudiyyət yoxdur. Amma onun xüsusi bir ziyarətgaha çevrilməsi, ora turların təşkil edilməsi və bu kimi məsələlərdə diqqətli olmaq lazımdır. Bu yanaşmada dinimizin tələblərinin unutmamalıyıq”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR