İnsanlara hürriyət, millətlərə istiqlal!

Güzəştli mənzil seçimində uğur qazanmağın YOLLARI 

1388 10.07.2023 22:30 Sosial A A

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 29 iyulda 1200 güzəştli mənzilin onlayn satışının olacağını elan edib. Bir müddət öncə jurnalistlər də MİDA-nın güzəştli mənzillərini əldə etmək hüququ qazanıblar.

Bəs güzəştli mənzil seçimində necə uğur qazanmaq olar?

osman.jpg (66 KB)

Musavat.com-un xəbərinə görə, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələyə bu cür şərh bildirib:

“Ötən həftə MİDA “Güzəştli mənzil” informasiya sisteminin satış modulunun sınaq (DEMO) versiyasını istifadəyə verib. Bundan istifadə edərək iddiaçılar onlayn satış prosesini test edə bilərlər. Demo versiya satışdan bir gün öncə, 28 iyul 2023-cü il tarixdə saat 00:00-da bağlanacaq. Artıq “Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş jurnalistlər vaxt itirmədən DEMO versiya ilə sınaq proseslərinə başlaya bilərlər. Sınaq versiya vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır”.

Osman Gündüz mənzillərin onlayn satışında uğur qazanmaq üçün tövsiyələrini də bölüşüb:

1. Kompüterdən və internetdən sürətli istifadə bacarığının olması mühüm əhəmiyyət kəsb edir. Bacarıqları yetərli olmayan istifadəçilərin kənar mütəxəssislərin köməyindən istifadəsi qadağan deyil. Əgər iddiaçının belə bacarıqları yoxdursa, kömək üçün müraciət etməsi və bu testləri məhz onun etməsi tövsiyə olunur.

2. Normal, dayanıqlı internet və işlək vəziyyətdə olan kompüter tövsiyə olunur. İnternetin hədsiz yüksək sürətdə olması ciddi əhəmiyyət kəsb etmir, sadəcə kəsilməz olmalıdır.

3. Prosesi DEMO versiyada daha çox test etmək tövsiyə olunur.

4. Satışdan bir neçə saat əvvəl “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sisteminə daxil olmaq (Elektron İmza və ASAN imza qaydasında olmalıdır).

5. CAPTCHA-da simvolları daha sürətli daxil etməyə hazır olmaq. Simvolların daha sürətli daxil edilməsi üçün digər istifadəçinin də köməyindən istifadə etmək olar.

6. Uduş əldə edənlərlə əlaqə saxlayıb, kompüterdə işləyərkən istifadə etdikləri metodları nəzərdən keçirmək, təcrübə mübadiləsi etmək də faydalı ola bilər.

7. DEMO-da seçim edənlərin öz seçim proseslərinin videosunu çəkib digərləri ilə müqayisə etməsi də faydalı olardı.

Təcrübə göstərir ki, DEMO-da seçim prosesini test etmədən onlayn mənzil seçimi şansı, demək olar ki, sıfıra bərabərdir.

MİDA elan edib ki, “Güzəştli mənzil” sistemində təhlükəsizliyi gücləndirmək, şəffaflığı artırmaq, sistemdən sui-istifadə hallarının qarşısını almaqla bağlı təkmilləşdirmə işləri aparılıb. Bu o deməkdir ki, iddiaçılar real satış prosesi zamanı tam ayrı bir interfeyslə, tam fərqli bir CAPTCHA ilə rastlaşa bilərlər və bunu keçməyə hazır olmalıdırlar.

Sistemdən istifadə zamanı ona hər hansı xələl gətirməyən, fəaliyyətinə mane olmayan üsullardan istifadə edilməsi məsuliyyət yaratmır. Amma istifadəçi sistemə qarşı qanunsuz müdaxilələr edərsə, onun kodlarını sındırarsa, kiberhücumlar, DOS hücumlar təşkil edərsə, sistemə qanunsuz müdaxilələr edərsə, bunlar cinayət məsuliyyəti yaradır.

tehluke.jpg (90 KB)

Satış prosesi bir çox qurumlar, o cümlədən DTX və XRİTDX mütəxəssisləri tərəfindən real vaxtda izləndiyindən bu tip müdaxilələr dərhal aşkara çıxarıla bilir. İndiki onlayn satış prosesi daha şəffaf, effektiv və insan amili olmadan reallaşdırılan proses olmasına baxmayaraq, istifadəçidən bəlli İT bacarıqları tələb etdiyindən, mahiyyətcə ədalətsiz hesab oluna bilər. Alternativ satış üsullarının təqdim edilməsi, satış prosesinin daha şəffaf və ədalətli keçirilməsi ilə bağlı MİDA-ya təkliflərimizi vermişik”.

Osman Gündüz xatırladıb ki, güzəştli mənzil satışı 29 iyulda, saat 11-də reallaşacaq: “Az qalıb. Bu gündən başlayaraq DEMO ilə məşqlər olarsa, uğur şansı yüksək olacaq”.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR