İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın müdafiə naziri Azərbaycanda səfərdədir

400 10.06.2024 15:35 Siyasət A A

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir.

“Report” bu barədə Gürcüstanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, səfər çərçivəsində o, azərbaycanlı həmkarı Zakir Həsənovla görüşəcək.

Gürcüstanın müdafiə naziri Fəxri xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə əklil qoyub.

Gürcüstan nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını da ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə də əklil qoyub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR