İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda skandal: vitse-spiker belə görüntüləndi-VİDEO

1733 15.03.2024 20:50 Dünya A A

Müxalifət partiyası “Droa” Gürcüstan parlamentinin sədrinin birinci müavini Gia Volski ilə gürcü əsilli rusiyalı iş adamı, milyonçu David Xidaşeli arasında “Meloqrano” kafesində görüşün foto və audio yazısını  ictimailəşdiriblər.

Müxalifət partiyası iddia edir ki, bu görüş hakim partiyanın Moskva ilə əlaqələrinin təkzibedilməz sübutu hesab oluna bilər. Bunun üçün parlament binasının yanındakı restoranda nahar etmək kifayətdir...

“Droa” partiyasının açıqlamasından belə aydın olur ki, restorandakı görüşü partiyanın bir neçə gənc üzvü təsadüfən şahid olub. Amma partiya üzvləri  restorandakı görüşü nədənsə, həm də dinləyiblər. Onlar deyiblər ki, tərəflər  xüsusi şifrələrlə danışmayıblar, əksinə, yüksək səslə müzakirə aparıblar. 

Onların sözlərinə görə, Xidaşeli Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə “konfederasiyası” perspektivindən, Suxumi rəhbərliyi ilə birbaşa əlaqələr qurmaqdan danışıb: “Mən Qaribaşviliyə dedim ki, Abxaziyanın  baş naziri ilə əlaqələr, ünsiyyət olmalıdır”. Moskvalı qonaq Abxaziya Daxili İşlər Nazirliyinin rəhbəri Robert Kiutun adını çəkib, onunla  “birbaşa əlaqəsi” olduğunu deyib. 

Screenshot 2024-03-15 204659.png (415 KB)

Rusiyalı iş adamı deyib ki,  yüklərin daşınması üçün  Abxaziyada dəmir yolunun dağıdılmış 37 kilometrlik hissəsinin  təmiri artıq aparılır və  Rusiyanın 7 şirkəti iştirak edir.

 Vites-spiker  restorandan çıxandan onu izləyənlər görüş barədə soruşublar. Volski Gürcüstanın azad ölkə olduğunu  deyib və  onun müzakirəsində  dövlət əleyhinə heç nə olmadığını  deyib: “Bizim demokratik dövlətimiz var, gizlədəcək heç nəyimiz yoxdur. Hansı konfederasiyadan söhbət gedə bilər?  Məğər Xudaşelidən asılı məsələdir? Hələlik məlum səbəblərdən belə bir şey mümkün olmayacaq”.

Volski qalmaqalla bağlı brifinq keçirib və görüş barədə öz versiyasını təqdim edib.  Vitse-spiker deyib ki,  Xidaşeli heç bir anti-Qərb, anti-Gürcüstan , eləcə də Rusiyayönümlü fikir səsləndirməyib. 

 Amma belə görünür ki,  müxalifət bu faktı hakim “Gürcü arzusu” partiyasına qarşı kompromat kimi istifadə etməkdən asanlıqla əl çəkməyəcək.  Fakt budur ki, David Xidaşeli rusiyalı oliqarx Vladimir Yevtuşenkovun biznes ortağı və şəxsi dostudur.  Yevtuşenkov isə “Gürcü Arzusu”nun yaradıcısı və onun fəxri sədri Bidzina İvanişvili ilə dostdur. Müxalifət hesab edir ki, Xidaşeli Gürcüstan hakimiyyəti ilə Kreml arasında vasitəçidir. 

Musavat.com xatırladır ki, Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsi 1992-ci ildə Abxaziyada müharibə başlayandan sonra kəsilib. O vaxtdan bəri Abxaziya üç onillik ərzində tranzit əvəzinə dalana çevrilib. 

Orxan ƏLİYEV,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR