İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan prezidentindən Putinin qərarına reaksiya: “Təxribatdır!” FOTO

1033 10.05.2023 18:15 Son xəbər A A

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya tərəfindən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi və Gürcüstanla birbaşa aviasiya əlaqəsinin bərpa edilməsini təxribat adlandırıb.

Musavat.com xəbər verir ki, prezident bu barədə tviter hesabında yazıb.

“Rusiyanın daha bir təxribatı. Ukraynada münaqişə davam etdiyi və Gürcüstanın ərazi bütövlüyü bərpa edilmədiyi müddətdə Rusiya tərəfindən viza rejiminin ləğv edilməsi, birbaşa hava əlaqəsinin bərpa edilməsi qəbuledilməzdir”, - Gürcüstan prezidenti qeyd edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin göstərişinə əsasən, Rusiya Gürcüstanla viza rejimini ləğv edib. Belə ki, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur.

Xatırladaq ki, Gürcüstan 2008-ci ildən Rusiya ilə diplomatik əlaqələri kəsib.

Nigar HƏSƏNLİ,
Musavat.com

gurcu.jpeg (80 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR