İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Prezidenti DİN-i zorakılığa son qoymağa çağırıb

599 01.05.2024 08:19 Dünya A A

Gürcüstan Prezidenti Salome Zurabişvili daxili işlər naziri Vaxtanq Qomelauriyə müraciət edərək dinc nümayişlərin yatırılmasına son qoymağa çağırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə prezident öz sosial şəbəkə hesabında yazıb.

“Daxili işlər nazirinə müraciət edirəm ki, dinc nümayişin dağıdılmasına, qeyri-mütənasib güc tətbiqinə, əliyalın gələn gənclərə qarşı zorakılığa dərhal son qoysun.

Mən ombudsmana müraciət edirəm ki, xüsusi təyinatlıların bütün əsassız və qanunsuz hərəkətlərinin dayandırılması üçün dərhal reaksiya versin”, – o qeyd edib.

Prezident vurğulayıb ki, “aksiya dinc şəraitdə keçib, heç bir təhlükə yaratmayıb, asayiş üçün təhlükə olmayıb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR