İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gürcüstan ötən həftə böyük fəlakətdən geri dönüb” – açıqlama

927 13.03.2023 19:52 Gündəm A A

Politoloq Anar Əliyev: “Xarici qüvvələr Gürcüstanda hökumət-xalq gərginliyinin, qarşıdurmanın inkişaf edəcəyi variantı üzərində ssenarilər hazırlamışdılar”

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən həftə ölkəsində baş verən hadisələrlə bağlı danışarkən bəyan edib ki, Gürcüstanda Rusiya üçün “ikinci cəbhə” açılmasına və Rusiya-Ukrayna müharibəsinə qoşulmağa imkan verməyəcəklər.

Siyasi analitiklər hesab edir ki, baş nazirin “ikinci cəbhəyə imkan verməyəcəyik” açıqlaması Rusiya-Qərbə qarşıdurmasında rəsmi Tiflisin tərəfini elan etməsi, Qərbə qarşı açıq mübarizə çağırışıdır. Və belə görünür ki, qonşumuzda küçədən keçəcək uzunmüddətli mübarizə mərhələsi başlayacaq. Bu açılama ilə Qaribaşvili həmçinin buna işarə etmiş olub ki, ötən həftə ölkəsində yaşanan qarşıdurma çox böyük proseslərə yol aça bilərdi.

anar55.jpg (37 KB)

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Gürcüstan parlamenti bir müddət öncə Rusiya parlamenti tərəfindən qəbul edilən “Xarici təsir agentləri haqda Qanun”un Gürcüstanda da qəbulunu həyata keçirmək istəyirdi: “Lakin Gürcüstanda vətəndaş cəmiyyəti nümayəndələrinin çağırışı ilə geniş xalq kütlələrinin böyük etirazı ilə qarşılaşdı. Çox təəssüf ki, öncə Gürcüstan hakimiyyəti etiraza qalxan inanlara qarşı zorakılığa əl atdı. Rəsmi Tiflis bununla öz iradəsini yeritməyə çalışırdı. Ancaq xalqın xalq etirazlarını zor tətbiq etməklə yatıa bilməyəcəyini başa düşdükdən, xüsusilə də Gürcüstan Prezidentinin etirazçıların mövqeyinin haqlı olduğunu bəyan etməsindən sonra, həmçinin bir sıra Avropa dövlətlərinin, Avropa İttifaqının, ABŞ-ın həmin qanun layihəsinin qəbuluna qarşı çıxmaları nəticəsində Gürcüstan hökuməti geri çəkilməyə məcbur oldu. Bununla əslində Gürcüstan hökuməti ən düzgün qərarı vermiş oldu. Qanun layihəsi geri çəkilməsəydi etiraz dalğası bütün ölkəni bürüyə və qarşısıalınmaz çox ciddi hadisələrə gətirib çıxaracaqdı. Odur ki, hökumətin geriyə addımı düzgün və zamanında atılmış addım oldu. Bu addım atılmasaydı bəlkə də hazırda Gürcüstanda sabitlikdən əsər əlamət qalmamışdı. Kifayət qədər həssas cəmiyyət olan Gürcüstanı qarışdırmaq, sabitliyi pozmaq, ölkəni xaosa, demokratiyadan tamamailə uzaqlaşmağa sürükləmək istəyən xarici qüvvələr həvəslə Gürcüstanda hökumət-xalq gərginliyinin qarşıdurmanın inkişaf edəcəyi variantı üzərində senarilər belə hazırlamışdılar. Düşünürdülər ki, hakimiyyət-xalq qarşıdurmasının ən kəskin həddinə nail olacaqlar”.

Politoloq hesab edir ki, xüsusilə də burada ən maraqlı kənar qüvvə Rusiya idi: “Rusiya hesab edir ki, Gürcüstanın tutduğu xətt, əsasən də Avropa İttifaqı üzvlüyünə namizədlik istiqamətində atılan addımlar Rusiyanın Cənubi Qafqaz maraqları ilə ziddiyyət təşkil edir. Ona görə də Bdizina İvanaşvili vasitəsilə gürcü hökumətinə təsir edə bilən Moskva “rus qanunu” kimi qəbul edilən “Xarici təsir agentləri haqqında” Qanunun qəbulunu reallaşdırmaq istəyirdi. Bununla Rusiya Avropada maliyyələşən QHT-lərin nəzarətə götürülməsi, təzyiq altında saxlanması məqsədi də güdülürdü. Belə bir plan qurulmuşdu ki, qanunun qəbuluna etirazlar baş qaldıracağı halda ölkəni tamamilə qarışdırmaq və sabitliyi pozmaq, Gürcüstanı Avropadan tamamailə uzaqlaşdırmaq variantı işə salınsın. Gürcüstan hökuməti isə yuxarıda qeyd etdiyim faktorlara görə, həmçinin ölkənin təhlükəli yola qədəm qoymasını istəmədiyi üçün vaxtında geri addım atdı. Xalqın iradəsi və hökumətin bu iradə ilə hesablaşması Gürcüstan üçün ciddi bir təhlükəni hələ ki, qabaqlamış oldu. Burada Gürcüstanın xanım Prezidenti Salome Zurabişvlinin çox böyük rolu oldu”. 

Etibar SEYİDAĞA,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR