İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan müxalifəti onların ölkəyə buraxılmamasını tələb edir - Fotolar

820 28.09.2022 19:39 Region A A

Gürcüstanın müxalif "Droa" partiyası Rusiya ilə sərhəddə yerləşən Yuxarı Lars gömrük-keçid məntəqəsinin yaxınlığında aksiya keçirir.

Musavat.com APA-ya istinadla xəbər verir ki, aksiyaçılar hökumətdən Rusiya ilə quru sərhədlərini bağlamasını və Rusiya vətəndaşlarını ölkəyə buraxmamasını tələb edirlər.

Təşkilatçılar rusiyalıların Gürcüstana kütləvi miqrasiyasının ölkə iqtisadiyyatına ziyan vurduğunu, həmçinin təhlükəsizlik riskləri yaratdığını bildirirlər.

Aksiyaya ukraynalı fəallar də qoşulub.

Əraziyə hüquq-mühafizə orqanlarının çox sayda əməkdaşı cəlb edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR