İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb, Rusiyadan isə...

5126 26.01.2024 21:05 İqtisadiyyat A A

2023-cü ildə Gürcüstan Rusiyadan təbii qaz idxalını 16,5 faiz artıraraq 486 min tona, dəyər ifadəsində isə 18 faiz artaraq 131 milyon dollara çatdırıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Gürcüstan Statistika Xidmətinin internet saytına yerləşdirilib.

Gürcüstan İqtisadiyyat Nazirliyi bildirir ki, Rusiyadan qaz tədarükünün artması qışın pik istehlakı dövründə Azərbaycandan tədarük üçün maksimal texniki limitin tam istifadə olunması ilə bağlıdır. Artan tələb və bütövlükdə sistem Rusiya qazının tədarükü ilə balanslaşdırılıb. Bundan əlavə, idxal kommersiya məqsədləri üçün həyata keçirilib və sistemə sabit və davamlı təchizatın təmin edilməsinə xidmət edib.

Ötən il Azərbaycandan Gürcüstana qaz ixracı 314 milyon dollara (azalma 9,2 faiz), yaxud 1,84 milyon tona (4 faiz azalma) bərabər olub.

İrandan qaz idxalı dəyər ifadəsində 4 dəfə artaraq 142 min dollara çatıb.

Təbii qaz idxalının strukturunda Azərbaycanın payı 2022-ci ildəki 81,6 faizdən 78,5 faizə qədər azalıb, Rusiyanın payı 18,5 faizdən 21,5 faizə yüksəlib, İranın payı isə 0,003 faizə çatıb.

Ümumilikdə Gürcüstan 2023-cü ildə 2,254 milyon ton (təxminən 2,9 milyard kubmetr) təbii qaz idxal edib ki, bu da əvvəlki illə müqayisədə 0,2 faiz azdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR