İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli məhbus Urmiya həbsxanasında həyatını itirdi - FOTO

289 14.03.2023 19:15 Son xəbər A A

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhər həbsxanasında azərbaycanlı məhbus Fərhad Nəğizadə həyatını itirib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Nəğizadənin yaxınları və kamera yoldaşları məlumat yayıblar.

Onların sözlərinə görə, kəskin ürək ağrılarından əziyyət çəkən məhbusun xəstəxanaya köçürülməsi və müalicə olunmasına icazə verilmədiyi üçün o, dünyasını dəyişib.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran həbsxanalarında məhbusların intiharı və ölüm hallarının artması ilə bağlı yerli və beynəlxalq insan haqları təşkilatları dəfələrlə xəbərdarlıq ediblər.

Bir müddət öncə Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları barədə yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

“İran hökuməti zindanları qəsdən məhbuslar üçün ölüm otaqlarına çevirib”, -  deyə hesabatda vurğulanıb.

Qeyd edilir ki, rəsmi olaraq adları bilinən həyatını itirmiş 96 məhkumun 22-i Urmu həbsxanasının payına düşür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR