İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülbahar Vəliyeva vəfat etdi - FOTO

1668 30.11.2023 13:59 Hadisə A A

Sumqayıtın tanınmış inşaatçısı, Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü Gülbahar Nemət qızı Vəliyeva vəfat edib.

O, 93 yaşında vəfat edib.

Qeyd edək ki, G.Vəliyeva 1930-cu ildə Şamaxı rayonunda anadan olub. 1949-cu ildən Sumqayıtda yaşayıb. Uzun müddət rəngsazlar briqadiri işləyib, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə şəhər Sovetinin deputatı seçilib. "Oktyabr inqilabı”, "Əmək Şöhrəti”, "Şöhrət” ordenləri ilə təltif olunub. O, Sumqayıtın quruculuğunda, ictimai-siyasi həyatında fəal iştirak edib və müxtəlif medallar, fəxri fərmanlara layiq görülüb./Report

8ddf5800cc44694b652c6a6daa368279eaca79e6-4be9-351a-88fe-8704ce1a42d5-jpeg.jpeg (87 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR