İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü külək paytaxtda ağacları aşırdı - FOTO/VİDEO

487 21.07.2022 09:35 Hadisə A A

Güclü külək səbəbindən paytaxtda bir neçə ağac aşıb.

Musavat.com Oxu.Az-a istinadla xəbər verir ki, paytaxtın Səməd Vurğun küçəsi 53/57 ünvanında və “Nizami” metro stansiyasının qarşısında irigövdəli ağac aşıb. Küçədə quraşdırılmış təhlükəsizlik kamerası zədələnib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, gecə saatlarından bu dəqiqəyə qədər üç ağac sınıb, dördünün isə budaqları qırılıb. Birlik əməkdaşları tərəfindən aidiyyəti üzrə tədbirlər görülür.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR