İnsanlara hürriyət, millətlərə istiqlal!

“Greencard” qalibləri açıqlandı

3878 08.05.2022 23:00 Gündəm A A

Hər il yüzminlərlə şəxs Amerikada yaşamaq üşün "Greencard" proqramına baş vurur.

“Greencard” ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir. Vəsiqəni aldıqdan sonra qanuni şəkildə ABŞ-də yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimlə gedib-gəlmək hüququ əldə edirsiniz. “Greencard” sahibi Amerika vətəndaşı ilə müqayisədə bir çox hüquqlara malikdir.

Milyonlarla şəxsin içərisindən 50.000 nəfər qalib olur və onlar ABŞ-a leqal formada köçə bilirlər. Proqramda seçimlər komputer vasitəsilə təsadüfi formada aparılır və qalib gəlmək üçün xüsusi tələblər yoxdur.

Bu proqramın əsas məqsədi ABŞ-da immiqrantların müxtəlifliyini artırmaq, eyni zamanda çatışmayan işçi qüvvəsini digər ölkələrin vətəndaşları hesabına aradan qaldırmaqdır.

Greencard.az öz portalında bu proseslə bağlı suallara cavab verib.

Proqramda ilin istənilən vaxtı hər kəsin müraciət edə biləcəyi qeyd olunub. Hər ilin oktyabr ayında müraciətlər ABŞ-a göndərilir və may ayında seçilib seçilmədiyiniz bildirilir. Qaliblər lotoreya şəkilində seçilir və müraciət tamamilə ödənişsizdir. Proqrama qoşulmaq üçün ingilis dilini bilmək tələb edilmir. Lakin nəzərə almaq lazımdır ki, orada yaşamaq və işləmək, eyni zamanda təhsil almaq üçün ingilis dilini bilməlisiniz.

“Greencard” vizasının digər vizalardan fərqi odur ki, hər təbəqədən olan insanlara verilir. Sadəcə orta məktəb təhsilinizin olmağı kifayətdir.

Onu da qeyd edək ki, "Greencard"a 1 dəfə müraciət etməyiniz kifayətdir və qalib olana qədər siz lotoreyada iştirak edəcəksiniz. Lakin hər il şəkilinizi yeniləməli və şəxsi məlumatlarınızda dəyişiklik varsa, qeyd etməlisiniz. Əks halda seçilsəniz belə viza verilmir.

Ölkəmizdən də hər il yüzlərlə insan bu proqrama qoşulur.

Azərbaycandan “Greencard”qalibi olan gənclərdən biri də Fəda Nəsirlidir. Onun sözlərinə görə, ilk dəfə müraciət edəndə qalib olub. Amma bundan xəbəri olmayıb.

“2017-ci ildə "greencard"da qalib seçilmişəm. Lakin e-mail ünvanımı yoxlamadığım üçün xəbərim olmayıb. Bu yaxınlarda 4-5 ay əvvəl təsadüfən e-mail adresimdə qalib olduğumu gördüm və çox məyus oldum. Səfirliyə müraciət etmək istədim. Lakin öyrəndim ki, sorğu artıq keçərli deyil. Növbəti dəfə 2020-ci ildə cəhd etmək istədim, amma alınmadı. Çünki xarici pasportum yox idi. Vətən müharibəsi dövründə orduya yararlı olduğum üçün pasport verilmirdi.

2- ci müraciətim isə keçən il oldu və bu il üçün qalib seçildim. Ümumilikdə 2 dəfə müraciət etmişəm və ikisində də seçilmişəm.

Burada qalib olmaq üçün xüsusi göstəricilərə ehtiyac yoxdur. Hətta demək olar ki, ən az seçilmək şansı olan mən idim. Çünki bir dəfə seçildiyimə dair bildirişi görmədiyim üçün düşündüm ki, yenidən seçilmərəm. Amma qalib oldum.

Ora özümə yeni həyat qurmağa gedirəm. Ətrafımda Amerikada yaşayan dostlarım çoxdur. Ora getsəm onların da dəstəyi ilə nələrsə edə biləcəyimi düşünürəm”, – deyə o bildirib.

Nərminə Aydın
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR