İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər Kalın və Fidanda – Ərdoğanın yeni mesajlarının SENSASİON detalları

2853 04.06.2023 15:16 Siyasət A A

“Rəcəb Tayyib Ərdoğanın bütün nazirləri dəyişməsi ilə Türkiyənin yeni yüzilinin yeni simaları məsələsi meydana çıxdı. Ümumiyyətlə, bu dəyişiklik yenilik mesajı ilə əlaqədar idi”.

Bunu Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli deyib.

aziz.jpeg (273 KB)

Siyasi şərhçi vurğulayıb ki, bu dəyişikliklə daha aqressiv və daha təsiredici xarici siyasət xətti ortaya çıxmış olacaq:

“İbrahim Kalın və Hakan Fidanın xüsusilə vəzifə alması bu nöqteyi-nəzərdən izah olunmalıdır. Bir növ Türkiyənin bölgədə genişlənmə siyasətini çox güclü şəkildə - həm Orta və Yaxın Şərqdə, həm Qafqazda, həm də Balkanlarda daha da genişləndirəcəyi nümunəsini deyə bilərik.

Digər tərəfdən, Türkiyə Nazirlər Kabinetinin düzənlənməsinə bir növ köhnə nazirlərlə vidalaşmaq və yenilik nöqteyi-nəzərindən, bəlkə bir az da son zamanlar yaşanan siyasi, iqtisadi problemlərin də fərdlərə bağlılığı və geridə qalması mesajları üzərindən baxmaq lazımdır. Digər nöqtə bundan ibarətdir ki, iqtisadiyyat nazirinin dəyişməsi və yenidən köhnə komandaya cəlb edilməsi bu kabinetdə kəşfiyyat və iqtisadiyyat sahələrinin, xüsusilə də Mehmet Şimşəyin simasında ağırlıq təşkil edəcəyi görünür. Yəni potensial problemlər də iqtisadiyyat üzərindən olduğundan maliyyə, iqtisadiyyat və bank sektorunda yeniliyə gedildi”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR