İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlənilən ayrılıq reallaşdı - Fatih Terim bu milliyə gətirilir - FOTO

5288 16.10.2025 03:04 İdman A A

Çexiya Futbol Federasiyası milli komandanın baş məşqçisi İvan Haseklə yollarını ayırdığını rəsmən açıqladı. Yeni baş məşqçi üçün hazırlanan siyahıda Fatih Terimin adı ön plana çıxır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə əməkdaşlıq qarşılıqlı razılaşma ilə başa çatıb. Hasek yanvar 2024-də ikinci dəfə komandanın başına gətirilmişdi.

Hasekin performansı

21 oyun - 11 qələbə, 5 heç-heçə, 5 məğlubiyyət

2026 Dünya Kuboku seçmələri, L qrupu - 7 oyunda 13 xal

Çexiya hazırda qrupda 2-ci sıradadır, Xorvatiyadan 3 xal geridə

Son matçda Farer adalarına 2-1 məğlubiyyət ayrılığın əsas səbəbi kimi göstərilib

Çex mətbuatının yazdığına görə, federasiya Fatih Terimlə danışıqlara start verib. Xəbərlərdə bildirilir ki, təcrübəli türk məşqçi təklifə müsbət yanaşıb və anlaşmanın qısa zamanda rəsmiləşə biləcəyi gözlənilir. 

1298197.jpg (27 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR