İnsanlara hürriyət, millətlərə istiqlal!

“Göz bəbəyim” filminin nümayişi keçirilib - Fotolar

1605 06.11.2022 21:12 Mədəniyyət A A

Noyabrın 5-də AzTV-nin 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Göz bəbəyim” bədii filminin nümayişi keçirilib.

Musavat.com xəbər verir ki, film 44 günlük Vətən müharibəsi fonunda iki gəncin sevgisindən bəhs edir.

“Göz bəbəyim” filminin “Park Cinema” (Park Bulvar TM) kinoteatrında keçirilən təqdimat mərasimində filmin yaradıcı heyəti, şəhid ailələrinin üzvləri, XTQ üzvləri, media mənsubları, QSC-nin nümayəndələri və digər qonaqlar iştirak edib.

Əsas süjet xətti 44 günlük müharibə olan filmdə real qəhrəmanların – Xudayar Yusifzadə, Toğrul Hacıyev, Daşqın Səfiyev, Cəbrayıl Dövlətzadə, AzTV-nin operatoru Sirac Abışov və başqa şəhidlərimizin obrazı canlandırılıb. Müharibə zamanı fərqli cəbhələrdə döyüşən, fərqli məkanlarda şəhidlik zirvəsinə ucalan həmin qəhrəmanların filmdə bir araya gətirilməsi, onların dostluğu yaradıcı heyətin bədii təxəyyüldür.

Filmdə Nigar adlı gənc xanım (aktrisa Fəridə Şahbazova) və gənc heykəltəraş Fərid (aktyor Sənan Əlləz) yenicə ailə qurur, noyabrda dünyaya gələcək övladlarını səbirsizliklə gözləyirlər. Lakin Vətən müharibəsi onların planlarına öz korrektələrini edir. Torpağını qorumaq, ata-baba yurdunu düşmən işğalından azad etmək üçün Fərid xəstəxanada olan hamilə həyat yoldaşını Vətənə əmanət edərək könüllü olaraq cəbhəyə yollanır. Amansız döyüşlər zamanı o, vətənpərvərliyin, əsl dostluğun, mərdliyin, qəhrəmanlığın nə olduğunu öyrənir.

“Göz bəbəyim” filminin rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, icraçı prodüseri Nicat Həsənli, operatoru Aqşın Rzayev, bəstəkarı Qurban Abbaslıdır. Layihə rəhbəri isə Həmid Əsədzadədir.

Qeyd edək ki, ekran işi noyabrın 8-si saat 18:00-da AzTV-də yayımlanacaq.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR