İnsanlara hürriyət, millətlərə istiqlal!

Göy üzünün Yeni il SÜRPRİZİ - Nadir hadisəni gözlə görmək MÜMKÜN OLACAQ

2437 22.12.2022 11:50 Maraqlı A A

Antalyadakı TÜBİTAK Milli Rəsədxanasının (TUG) hər il tərtib etdiyi hesabata görə, 2022-ci ilin ən əhəmiyyətli səma hadisələrindən biri 31 dekabr 2022-ci il tarixində yaşanacaq.

Musavat.com xəbər verir ki, qeyd edilən tarixdə gün batdıqdan sonra səmada eyni vaxtda 7 planet (5-i adi gözlə, 2-si teleskopla) görünəcək və bu planetləri Ay müşayiət edəcək. Hətta planetdən çıxarılan Plutonu da 20-30 sm diametrli teleskopla izləmək mümkün olacaq.

63a3fe5b4e3fe0114461fb36.jpg (48 KB)

TÜBİTAK Milli Rəsədxanasının direktoru vəzifəsini icra edən Dr. Tuncay Özışık bildirib ki, dekabrın 31-də gün batımından sonra görünən səma hadisəsi olduqca nadir hadisədir. Səmada bütün planetlərin bir anda görünəcəyini bildirən Dr. Özışıkın sözlərinə görə, 6-7 belə planetin eyni anda səmada olma ehtimalı çox aşağıdır və aparılan hesablamalar bənzər hadisənin bundan sonra  2040-cı ildə yaşanacağını göstərir.

"2022-ci ilin özəlliyi odur ki, avqust ayından etibarən bu planetlər səmada müəyyən ardıcıllıqla düzülməyə başladı. 31 dekabrda hava açıq olsa, insanlar gözəl bir müşahidə edə bilərlər. Həmin tarixdə Merkuri, Venera, Mars, Yupiter, Saturn və Ayı adi gözlə görə biləcəyik. Teleskopları olan müşahidəçilərin üfüqün üstündə Uran və Neptunu da görmə şansı var" - Rəsədxananın direktoru bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR