İnsanlara hürriyət, millətlərə istiqlal!

Görüş təxirə salınmışdı – ABŞ-dan Bakı və İrəvana yeni mesaj

2157 09.06.2023 16:07 Siyasət A A

Hazırda ABŞ Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı konkret tarixi dəqiqləşdirə bilmir.

ABŞ Dövlət Departamentindən “Amerikanın səsi”nin erməni bölməsinin məsələ ilə bağlı müraciətinə cavab olaraq deyilib.

Dövlət Departamenti əlavə edib ki, Vaşinqton iki ölkə liderlərinin Kişinyovdakı son görüşü də daxil olmaqla, Ermənistan və Azərbaycan arasında müxtəlif yerlərdə davam edən danışıqlardan məmnunluğunu bildirir.

“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə can atmağa davam etdikcə, biz danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır”, - açıqlamada qeyd olunub.

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri dünən ABŞ-ın paytaxtında keçirilməsi planlaşdırılan görüşün təxirə salındığını açıqlayıb. Görüş iyunun 12-də keçirilməli idi./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR