İnsanlara hürriyət, millətlərə istiqlal!

Görkəmli ədib Abdulla Şaiqin Türkiyədə kitabı çıxıb FOTO

1037 22.12.2022 15:40 Mədəniyyət A A

“Yürüyordu çırpınan bir yürəklə” – Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi Ab­­dul­­la Şa­iqin bu məşhur misrası onun Türkiyədə çıxan kitabına ad olaraq seçilib. Qardaş ölkədə - “ÖTÜKEN” Yayın Evində nəfis şəkildə günü üzü görən kitabın önsöz müəllifləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və AMEA Fəsləsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Dos.Dr. Faiq Ələkbərlidir.

Q.Paşayevanın təşəbbüsü və layihə rəhbərliyi ilə hazırlanan kitabın tərtibçisi Abdulla Şaiqin Ev-Muzeyinin direktoru Ülkər Talıbzadə, məsləhətçiləri MM Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı, “Regional Hüquq və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, “NƏFƏS” İB-nin sədri Firəngiz Balakişiyeva, redaktorları Dos.Dr. Arzu Hacıyeva və Ayşəgül Büşra Paksoydur.

Q.Paşayeva və F.Ələkbərlinin geniş önsözündə Abdulla Şaiq sənətində türkçülük və milli aydınlatma mövzusu ətraflı şəkildə açıqlanıb.

Kitabda ədibin yüzə yaxın şeiri və Ev-müzeyinin orijinal foto fondundan seçmə şəkillər verilib.

Abdulla Şaiqin şeirləri təkcə Azərbaycanda deyil, qardaş ölkə Türkiyədə də anlaşılan üslub və dilə malik olduğunu nəzərə alaraq, şeirlər orijinal halı ilə təqdim olunub.

Ustad şairin kitabda toplanmış şeirləri onun Türk dünyasının birliyinə nə qədər inandığının əyani göstəricisidir. Müstəqil türk ölkələri arasında sıx işbirliyinin, ortaq türk qurumlarının mövcud olduğu günümüzdə Abdulla Şaiqin və onunla eyni düşüncədə olan bütün aydınlarımızın ruhu şaddır. Bu gün qardaş ölkənin nüfuzlu nəşriyyatında belə bir kitabın işıq üzü görməsi, ustad şairin ruhuna ehtiramın ifadəsidir.

Abdulla Şaiqin həyatı, yaradıcılığı haqqında dolğun təsəvvür yaradan kitabın türkoloq, filoloq, dilçi, mədəniyyətşünas, şair, yazıçı və ümumiyyətlə, bütün Turansevərlərin diqqət mərkəzində olacağına inanırıq.

f59f621d-8661-4565-8090-0ee5b16bdf01.jpg (72 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR