İnsanlara hürriyət, millətlərə istiqlal!

Gizlin əməlləri ilə iğtişaşdan yana olan İran - Özünü də tora salır...

1600 24.10.2022 17:50 Siyasət A A

 

İranın Rusiyaya hərbi dəstəyi faktiki olaraq Rusiya tərəfində Ukraynaya qarşı müharibəyə qoşulmasıdır...

Rusiya-Ukrayna savaşı davam edir və bu müharibənin nə zaman yekunlaşacağı hələ heç kimə məlum deyil.

 Lakin əksər dövlətlər hesab edirlər ki, Rusiya Ukraynaya qarşı hücumunu, işğalçılıq siyasətini dayandırmalıdır.

İranın isə nədənsə çox məsələdə olduğu kimi bu işdə də dünya ilə mövqeyi, yanaşması, davranışı üst-üstə düşmür. İran nədənsə bu prosesdə də qarışıqlığın, müharibənin yanında yer alıb.

Islamic Republic of Iran : Development news, research, data | World Bank

Açıqlanan və ortaya çıxarılan faktlardan görünür ki, İran indiki zamanda faktiki olaraq Rusiyanın yanında yer alıb və müharibədə bu dövlətə hərbi dəstək verməkdən çəkinmir.

Artıq bir neçə həftədir ki, İranın Rusiyaya PUA və silah satışına dair məsələlər beynəlxalq ictimaiyyət, hətta İranda daxilində narazılıqlar doğurub.

Qeyd edək ki, “The New York Times” qəzeti bir neçə hazırkı və keçmiş amerikalı rəsmilərə istinadən yazıb ki, İslam Respublikası Rusiyaya PUA-ların məşqi və mexaniki problemlərin aradan qaldırılmasına kömək etmək üçün SEPAH-ın bir neçə üzvünü Krımdakı hərbi bazaya göndərib. İslam Respublikası Ukrayna müharibəsində istifadə üçün Rusiyaya hər hansı silah göndərdiyini inkar etsə də, “Washington Post” İranın Moskvaya gizli ağır silah, o cümlədən yer-yer raketləri göndərilməsini artırmağa hazırlaşdığını bildirib.

Bakupost.az - İranla Rusiya arasında gizli sövdələşmə: Moskvaya hansı  silahlar veriləcək?

“Reuters”in məlumatına əsasən isə, İran Rusiyaya yer-yer tipli raketlər, həmçinin əlavə dronlar tədarük edəcəyinə söz verib. Belə ki, bu barədə İranın birinci vitse-prezidenti Məhəmməd Moxber, SEPAH-ın iki rəhbər rəsmisi və İran Ali Milli Təhlükəsizlik Şurasının bir rəsmisinin oktyabr ayında silahların tədarükü ilə bağlı Moskvaya səfəri zamanı əldə edilib.

Ukrayna Xarici İşlər Nazirliyi Tehranın Rusiyaya silah satmasına etiraz olaraq bu ölkə prezidentinə Ukraynanın İranla əlaqələrini tamamilə kəsməyi təklif etdiyini açıqlayıb. ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays İrana məxsus pilotsuz təyyarələrin Rusiyaya satılması ilə bağlı iddianı təkrarlayaraq, bu ölkənin Ukraynaya qarşı müharibəyə yardım edənlərin hamısına qarşı daha çox sanksiyalar tətbiq edəcəyini iddia edib. Üç Avropa ölkəsi (Almaniya, İngiltərə və Fransa)  BMT-dən Rusiyanın Ukraynaya qarşı İran pilotsuz təyyarələrindən istifadə etməsi məsələsini araşdırmağı xahiş edib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Vedant Pannel isə İranın pilotsuz təyyarə və ballistik raket proqramı və ya İrandan Rusiyaya silah ixracı ilə əlaqəli olan hər kəsə xəbərdarlıq edib ki, Vaşinqton onlara qarşı tədbirlər və sanksiyalardan çəkinməyəcək. Bundan başqa BMT-nin Təhlükəsizlik Şurasının çərşənbə günü qapalı iclasında ABŞ, Böyük Britaniya və Fransa İranın Rusiyaya silah təhvil verməsi məsələsi qaldırılıb. ABŞ Dövlət Departamenti Vaşinqtonun İran və Rusiyanı məsuliyyətə cəlb etmək üçün bir neçə alətə malik olduğunu da açıqlayıb. NATO-nun baş katibi Yens Stoltenberq isə "İran da daxil olmaqla digər ölkələr Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsinə dəstək verməməlidir",- deyib.

Oxu.az - Britaniya kəşfiyyatı İran PUA-larının Ukraynaya hücumlarının  səbəblərini açıqladı

“Daily Telegraph” isə Rusiya Ukraynaya qarşı İran PUA-sı istifadə etdikdən sonra FİFA İranı dünya çempionatından kənarlaşdırmaq tələbi ilə üzləşdiyini yazıb. Belə ki, Britaniya parlamentinin üzvü Kris Brayant deyib ki, Ukraynanın işğalına hərbi dəstək verən istənilən ölkə idman yarışlarından kənarlaşdırılmalıdır. İsrailin baş naziri Yair Lapid oktyabrın 20-də Ukraynanın xarici işlər naziri ilə telefon danışığında Rusiya və İran arasında hərbi əlaqələrlə bağlı “dərin narahatlığını” ifadə edib. Ukrayna prezidenti Vladimir Zelenski isə Rusiyanın İran istehsalı olan dronlardan asılılığını Rusiyanın hərbi və siyasi iflasının əlaməti hesab edib.

Hüseyn Əmir Abdullahiyan: ''Taxıl dәhlizi sazişinә töhfә vermәyә hazırıq''  - Türkiye'nin haber kaynağı

İİR-in xarici işlər naziri Əmir Hüseyn Abdullahiyan isə İrana qarşı PUA satışı ittihamlarından sonra bəyan edib ki, İranın Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı var, lakin Ukraynaya qarşı silah və pilotsuz təyyarələr göndərmək qətiyyən planlarında yoxdur. Lakin İran Xarici İşlər Nazirliyi Ukraynada hərbi qarşıdurmaların artması və təhlükəsizliyin artmasını bəhanə gətirərək bütün İran vətəndaşlarına bu ölkəyə səfərdən çəkinmələri tövsiyə olunduğunu elan edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə deyib ki, İran müharibə aparan tərəflərə silah verilməsinin əleyhinədir:

“Biz Ukraynadan hərbi əməliyyatlar zamanı istifadə olunan pilotsuz uçuş aparatlarının (PUA) İrana məxsus olması haqqında sənəd tələb etmişik”,-deyə o bildirib.

Elə İkinci Qarabağ savaşı zamanı da erməniyə göndərdikləri silah-sursatı danır, belə bir hal olmadığını bildirirdilər. Dəyişən bir şey yoxdur. İranın xisləti yüz illərdir dəyişməyib. 2 ilə də dəyişəcəyini onsuz da gözləmirik. Ancaq dəyişməzə, özü-özünü bitirəcək. Bunu daxilində və ətrafında baş verənləri təhlil edən zaman görməmək mümkün deyil. Ümid edirik ki, İran özü də nələrin yaşana biləcəyinin fərqindədir.

Xaricdən hərbi dronlar alan Türkiyə dron satan ölkəyə necə çevrildi? |  ENA.az

Kimlərsə deyə bilər ki, Türkiyə də pilotsuz uçuş aparatı satır və Qarabağ savaşında Azərbaycana da satıb. Ancaq burada incə bir məqam var-Türkiyə ərazi bütövlüklərini təmin etmək uğrunda savaşan ölkələrə pilotsuz uçuş aparatları satıb. Tehran isə Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya dronlar satır. Bu, İran hakimiyyətinin “biz dövlətlərin ərazi bütövlüklərinin pozulmasının əleyhinəyik” bəyanatına ziddir.

Yuxarıda İranın XİN başçısının sənəd istəməsi məsələsinə toxunmuşuq. Halbuki Zelenski şəhərləri hədəf alan İran dronlarının markasına qədər sadalayıb, qalıqları mövcuddur. Bunlar varkən Tehran hələ da reallığı inkar edir. Qarabağ həqiqətlərində susduğu, inkarçı olduğu kimi...

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR