İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gizli "komandolar" şəbəkəsi Ukraynaya silah tədarükünü koordinasiya edir" - ŞOK İDDİA

1174 26.06.2022 14:37 Gündəm A A

Rusiya qüvvələri Ukraynada işğal kampaniyasını davam etdirdikcə, ölkənin hücuma tab gətirmək qabiliyyəti ABŞ və onun müttəfiqlərinin köməyindən daha çox asılı vəziyyətə düşür. Bunun üçün Qərb alyansı tərəfindən silah, kəşfiyyat və təlim verməyə hazır olan xüsusi komando və gizli casus şəbəkəsi fəaliyyət göstərir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin əməliyyatın Ukraynadan kənarda, Almaniya və Fransadakı bazalarda, eləcə də Böyük Britaniyada planlandığını yazıb.

Məqalə müəlliflərinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyasının amerikalı əsgərləri Ukraynaya göndərməyəcəyi barədə açıqlamalarına rəğmən, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları Ukraynada fəaliyyətini qızğın şəkildə davam etdirir. Bu şəxslər ABŞ-ın Ukrayna qüvvələri ilə bölüşdüyü kəşfiyyat məlumatlarının böyük hissəsini ötürülməsində iştirak edirlər.

“Kanada, Fransa, Kanada və Böyük Britaniya kimi NATO ölkələrindən onlarla “komando” Ukrayna ərazisində eyni vaxtda fəaliyyət göstərir. ABŞ hələ bu ilin fevral ayında, yəni müharibə başlamazdan əvvəl 150 hərbi təlimatçısını geri çəkdiyini təsdiqləyib. Lakin həmin vaxtdan bu yana müttəfiqlərin “komandosları” Ukrayna qoşunlarına təlim və məsləhətlər verməyə davam edir, silah tədarükünü gerçəkləşdirirlər.

“The New York Times” qəzetini yazıdğına görə, NATO-nun İspaniyada keçiriləcək sammitindən, habelə bir həftə sonra baş tutacaq “G7” ölkələrinin görüşündən sonra yardımların daha da artacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR