İnsanlara hürriyət, millətlərə istiqlal!

Gimnastlarımız İslamiadanın qızıl medalını qazanıblar

436 14.08.2022 19:04 İdman A A

Azərbaycan gimnastları Vladimir Dolmatov və Mədinə Mustafayeva V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası yarışlarında qızıl medal qazanıblar.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, aerobika gimnastikası üzrə Azərbaycan komandasının üzvləri Dolmatov və Mustafayeva qarışıq cütlüklər arasında birinci yeri tutmuşlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR