İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏRGİNLİK ARTIR - Daha bir ölkə ordusunu döyüş hazırlığı vəziyyətinə gətirdi

1857 31.10.2023 10:04 Dünya A A

Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatının üzvləri ilə toqquşmadan sonra Səudiyyə Ərəbistanı ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, husilərlə döyüşlər zamanı 4 Səudiyyə əsgəri həlak olub. Bundan əlavə, husilərin atdığı raket Səudiyyə hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib.

Bundan sonra Səudiyyə silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Agentlik mənbələri qeyd edir ki, ölkənin müdafiə naziri şahzadə Xalid bin Salman Əl Səud oktyabrın 30-da Yəməndəki vəziyyəti, həmçinin HƏMAS ilə İsrail arasında münaqişənin nəticələrini müzakirə etmək üçün Vaşinqtona səfər edib.

Bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket esminesi "USS Carney"nin Yəmən sahillərində hücuma məruz qaldığı bildirilib. Hücum Yəmənin husi üsyançıları tərəfindən həyata keçirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR