İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏRGİN DEBAT: Yeni büdcə, artan sosial problemlər, müharibə təhlükəsi – Natiq Cəfərli ilə Elman Nəsirov CANLIda

712 06.12.2023 12:04 Son xəbər A A

Bir gündən az sürən antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik. Tədbirlər nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmamışdır.

Bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumda bildirib.

“Biz dərhal bəyan etdik ki, erməni qoşunları silahı yerə qoyan kimi, biz əməliyyatı dayandıracağıq və onlara çıxmağa imkan verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olan kimi əməliyyata son qoyuldu. Bu, sonuncu görüşümüzdən sonra baş verən ən mühüm hadisələrdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Amma bu günlərdə 2024-cü il büdcəsinin formalaşması, sosial problemlərin orda həlli məsələsi, mühairbə təhlükəsi daha çox müzakirə olunur. Büdcədə sosial problemlərin həlli ilə bağlı gözləntilər özünü niyə doğrultmadı? Növbəti ilin büdcəsi sosial yönlü olmadı. Bu, cəmiyyətdə nə kimi problemlərə səbəb ola bilər? Ermənilər yenə “müharibə” deyirlər. Bundan narahat olmalıyıqmı?

Gündəmdəki bütün sualları bu gün saat 11.30-da iqtidar-müxalifət debatı formatında müzakirə edəcəyik. YAP-çı millət vəkili Elman Nəsirovla ReAL Partiyasının icra katibi Natiq Cəfərli bir araya gələcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR