İnsanlara hürriyət, millətlərə istiqlal!

Generaldan ŞOK SÖZLƏR: "Tualet kağızı Putini dayandıra bilməyəcək, 21 il ərzində..."

2325 18.03.2023 13:17 Gündəm A A

"Beynəlxalq Cinayət Məhkəməsi 1 iyul 2002-ci ildə Roma Nizamnaməsi əsasında yaradılıb. Bu məhkəmə bu günə qədər keçmiş Yuqoslaviya və Ruanda ilə bağlı qərarlar verib, həmin qərarları həyata keçirməyə çalışıb. Beynəlxalq Cinayət Məhkəməsi fəaliyyət göstərdiyi 21 il ərzində güclü təsirə malik olmayıb".

Bu fikirləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, general-mayor Yücel Karauz deyib. 

16631357166220740652_1200x630.jpg (213 KB)

Generalın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün olaylara baxışı, onların veto hüququ bu məhkəmənin təsir gücünü azaldıb:

"Dolayısı ilə Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə order verməsi hibrid savaşın formasından başqa bir şey deyil. Bu məhkəmənin Rusiya prezidenti Vladimir Putinin və Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verməsinin praktikada bir qarşılığı yoxdur. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı deyil. Bu qərar Rusiyaya psixoloji təzyiq göstərmək və onu dayandırmaq məqsədi daşıyır. Mən bu qərarın Putinin və Rusiyanın hərəkət tərzlərinə təsir göstərməyəcəyini düşünürəm. Putini həbs edə biləcək bir mexanizm hazırda müzakirə məsələsi deyil. Beynəlxalq Cinayət Məhkəməsinin qərarı Putinin hərisliyini daha da artıracaq. Bu qərar müharibəni dayandıra, Rusiyanı öz siyasətindən uzaqlaşdıra, Putinin liderliyinə təsir edə bilməz. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tualet kağızı adlandırıb".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR