İnsanlara hürriyət, millətlərə istiqlal!

General Popov suç ortaqlarına qarşı ittihamedici ifadələr verib

624 07.06.2024 15:05 Dünya A A

Müstəntiq 2-ci Qərb dairə hərbi məhkəməsindən 58-ci ordunun keçmiş komandiri İvan Popovun ev dustaqlığına buraxılmasını istəyib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, eyni zamanda müstəntiq məhkəmədə çıxışı zamanı bildirib ki, general “oğurluq işinin digər iştirakçılarına qarşı ittihamedici ifadələr verib”.

Məhkəmədə o da məlum olub ki, 58-ci ordunun keçmiş komandanı İvan Popovun işi üzrə istintaq müddəti avqustun 11-dək uzadılıb.

“Popov oğurluğun digər iştirakçılarına qarşı ittihamedici ifadələr verib”, - deyən müstəntiq əlavə edib ki, şübhəli şəxsə münasibətini dəyişib və buna görə də onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edir.

Prokurorluq isə Popovu ev dustaqlığına buraxmaqdan imtina edən birinci instansiya məhkəməsinin qərarının qanuniliyində israr edir.

Xatırladaq ki, İvan Popov hazırda istintaq təcridxanasındadır, o, xüsusilə irimiqyaslı dələduzluq işi üzrə həbs edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR