İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

673 29.03.2024 19:44 Hadisə A A

Gəncədə yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Məlumata görə bir nəfər İran vətəndaşı - 1951-ci il təvəllüdlü Telae Nasir Yadulla tüstüdən boğularaq ölüb.

FHN-dən verilən xəbərə görə, Gəncə şəhərində ümumi sahəsi 9 m² olan birmərtəbəli 1 otaqlı evdə 1 ədəd döşək qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR