İnsanlara hürriyət, millətlərə istiqlal!

Funt sterlinq belə “xilas oldu”

1418 03.10.2022 17:14 İqtisadiyyat A A

İngiltərə maliyyə naziri Kvazi Kvartenqin illik 150 min sterlinqdən çox gəliri olanlardan 45% vergi alınmasının ləğvi ilə əlaqədar geri addım atması funt sterlinqin məzənnəsinin çökməsini əngəlləyib.

Musavat.com-un “APA-Economics”ə istinadən xəbərinə görə, nazir bu gün səhər saatlarında “45%-lik verginin ləğvində irəli getməyəcəyik” - deyə açıqlama verib.

Qeyd edək ki, Kvartenqin 23 sentyabrda müvafiq açıqlamasından sonra funt sterlinqin məzənnəsi ABŞ dolları ilə müqayisədə 1,0350 səviyyəsinə qədər geriləyib. Bu da, məzənnənin 1970-ci illərdən etibarən ən aşağı səviyyəsi hesab olunur. Hazırda GBP/USD məzənnəsi 1,12 səviyyəsində qərarlaşıb. Məzənnənin tarixi maksimum səviyyəsi isə 2007-ci ilin oktyabrında 2.08 səviyyə olaraq qeydə alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR