İnsanlara hürriyət, millətlərə istiqlal!

FTB Trampa sui-qəsd cəhdini BELƏ araşdırır

507 15.07.2024 15:00 Dünya A A

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampın seçki kampaniyası zamanı baş verən atışmanı həm qətlə cəhd, həm də “potensial” daxili terror hadisəsi kimi qiymətləndirir.

Musavat.com xəbər verir ki, bu barədə “The Hill” saytı məlumat yayıb.

Saytın məlumatına əsasən, istintaqın hazırkı mərhələsində FTB Trampa hücum edənin tək şəxs olduğuna inanır.

“Biz bunu qətlə cəhd kimi araşdırırıq. Buna görə də bizim Terrorla Mübarizə İdarəmiz və Cinayət Departamentimiz motivi müəyyən etmək üçün birlikdə işləyir”, - deyə FTB-nin Daxili Təhlükəsizlik Departamentinin icraçı köməkçisi Robert Uells bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR