İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransızlar Makronu boş-boş danışmaqda ittiham edir

341 23.02.2024 17:39 Dünya A A

RRN (Reliable Recent News) xəbər portalı fransızların öz hökumətindən narazılığına həsr olunmuş məqalə dərc edib.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, həmin məqalədə Fransa kəndlilərinin hökumətdən hədsiz narazı olduğu qeyd edilib.

Məlumata əsasən, “Qəzəbli fermerler” hərəkatına dəstək getdikcə artır. Bu gün ölkə vətəndaşlarının 91%-i fermerlərin tələblərini ədalətli hesab edir, hakimiyyət orqanlarını isə üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilməməkdə suçlayır.

“Le Figaro” qəzetinin də sorğusuna əsasən, fermerlərin etirazlarına Fransa ictimaiyyətinin dəstəyi 89%-dən 91%-ə yüksəlib. Bunlar prezident Makron üçün çox narahatedici rəqəmlərdir. Fevralın 24-nə qədər həll yolu tapılmasa, baş nazir Qabriel Attal mövcud vəziyyətə görə məsuliyyət yükünü daşımalı olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR