İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın iqtisadi artım proqnozu kəskin azaldılır

487 18.02.2024 20:41 İqtisadiyyat A A

Fransa hakimiyyəti 2024-cü ildə ölkənin iqtisadi artım proqnozunu 1,4 faizdən 0,9 faizə qədər azaldacaq.

“Le Figaro” qəzetinin bununla bağlı yazdığına görə, Fransada ÜDM-in 1,4 faiz artımına dair ilkin proqnoz 2024-cü ilin büdcə layihəsində əksini tapmışdı. O vaxtkı baş nazir Elizabet Born hökuməti layihəni 2023-cü ilin noyabrında Milli Assambleyada (parlamentin aşağı palatası) səsvermədən yan keçərək qəbul etmişdi. Lakin o vaxtdan bəri Beynəlxalq Valyuta Fondu və Avropa Komissiyası Fransa iqtisadiyyatının artım perspektivləri ilə bağlı daha mühafizəkar qiymətləndirmələr səsləndiriblər və indi Paris öz proqnozlarını aşağıya doğru dəyişmək niyyətindədir.

Proqnozdakı dəyişiklik haqqında məlumatı TF1-də Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Maire elan etməlidir. Həmçinin medianın məlumatına görə, o, büdcə xərclərini ən azı 10 milyard avro azaltmalı olan qənaət tədbirlərini elan edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR