İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada Rusiyanın 22 milyard avro dövlət ehtiyatı dondurulub

579 20.03.2022 19:26 İqtisadiyyat A A

Fransada Rusiya dövlətinə və vətəndaşlarına məxsus olan və dondurulan aktivlərin həcmi açıqlanıb. Ölkənin iqtisadiyyat və maliyyə naziri Bruno Le Merin verdiyi məlumata görə, Fransada Rusiya Mərkəzi Bankına məxsus 22 milyard avro əlçatmaz edilib.

Bundan əlavə, Fransada Qərbin sanksiya siyahısına saldığı təxminən 30 Rusiya vətəndaşına məxsus “yarım” milyard avroluq daşınmaz əmlak, həmçinin Fransa maliyyə qurumlarındakı 150 milyon avro da dondurulub. Bundan əlavə, Rusiya oliqarxlarına məxsus və dəyəri 150 milyon avro olan yaxtalara həbs qoyulub. Beləliklə, Rusiya dövlətinə məxsus 22 milyard avrodan əlavə, Fransa ərazisində bu ölkə oliqarxlarının 850 milyon avroluk mülkiyyətinə də əl qoyulub.

İqtisadiyyat və Maliyyə Nazirliyinin yaratdığı xüsusi qrup sanksiya altında olan Rusiya qurumları və oliqarxlarına məxsus hesab və əmlakın aşkarlanması üçün fəaliyyətini davam etdirir. Le Mer onu da bildirib ki, dondurulma hələ vəsait və əmlakın müsadirəsi demək deyil. Müsadirə o zaman baş verəcək ki, həmin vəsait və əmlakın sahibləri Fransa qanunlarını pozan hərəkətlərə yol versinlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR