İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada evtanaziya qanunu müzakirə ediləcək

404 11.03.2024 00:46 Dünya A A

Evtanaziya haqqında qanun layihəsi apreldə Fransa Nazirlər Şurasının iclasında təqdim olunacaq.

“Report” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Le Croix” qəzetinə müsahibəsində deyib.

“Qanun layihəsi apreldə Nazirlər Şurasına təqdim olunacaq, sənədin parlamentdə birinci oxunuşunun may ayında keçirilməsi gözlənilir”, - Makron bildirib.

O vurğulayıb ki, bu cür sənədlərlə işləməkdə təcili olmaq əks göstərişdir. Fransa lideri aydınlaşdırıb ki, qarşıdan gələn layihə əzablarını başqa yolla azaltmaq mümkün olmayan ölümcül xəstələrə aid olacaq.

Bu vəziyyətdə xəstə üçün ölümcül bir nəticə qısa və ya orta müddətdə proqnozlaşdırılmalıdır. Prezident əlavə edib ki, qərar xəstənin razılığı ilə həkimlər şurası tərəfindən veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR