İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada daşqınlar 550 milyon avro ziyan vurub

319 22.11.2023 23:14 Dünya A A

Fransanın şimalındakı Hauts-de-France bölgəsində daşqınlar nəticəsində dəymiş ziyan 550 milyon avro dəyərində qiymətləndirilir.

Bu barədə Fransanın dövlət Mərkəzi Təkrar Sığorta Fondu (CCR) açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, zərərin ən azı 50 faizi – 275 milyon avrosu CCR tərəfindən qarşılanacaq. 1982-ci ildə yaradılan CCR Fransa sığorta şirkətlərinə təbii fəlakətlərə qarşı təkrar sığorta təminatı təklif edir.

“Kiaran” fırtınası və ondan sonra yağan yağışlar Hauts-de-France bölgəsində bir neçə gün ərzində daşqınlara səbəb olub, 5000 evə ziyan vurub və 1400 nəfərin təxliyyə edilməsi lazım gəlib.

Fransa prezidenti Emmanuel Makron elan edib ki, hökumət ölkənin şimalında yüzlərlə kommunaya zərər vuran daşqınların nəticələrini aradan qaldırmaq üçün 50 milyon avro məbləğində xüsusi fond yaradacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR