İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada antisemitizm güclənir - 400-dən çox insan...

805 03.11.2023 14:51 Dünya A A

Yaxın Şərqdə mövcud münaqişə ilə əlaqədar Fransada antisemitizm artıb.

Musavat.com xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Olivye Veran BFMTV kanalında bildirib.

"Yaxın Şərqdə mövcud münaqişənin başlanmasından bəri Fransada antisemitizm artımı müşahidə olunur ki, bu da ölkənin onilliklər ərzində görmədiyi bir şeydir", - deyə Veran qeyd edib.

Onun sözlərinə görə, antisemitizm təzahürləri fonunda insanların mağazalarda alış-veriş etməyə və taksi sifariş etməyə cəsarət etməməsi halları qeydə alınıb.

Bundan əvvəl daxili işlər naziri Gerald Darmanin bildirib ki, Yaxın Şərqdə münaqişənin başlamasından Fransada 850-dən çox antisemitizm aktı qeydə alınıb və buna görə 400-dən çox adam saxlanılıb.

Nazir qeyd edib ki, bu əməllərin əksəriyyəti fərdi şəxslərə qarşı törədib.

Onun fikrincə, bu, həm Fransada, həm də bütün Qərb cəmiyyətlərində antisemitizmin vəhşiliyini nümayiş etdirir.

Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin pisləşməsindən bir neçə gün sonra Fransanın müxtəlif şəhərlərində Fələstinə dəstək aksiyaları başlayıb. Fransa hökuməti nümayişlərin əhəmiyyətli bir hissəsini qadağan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR