İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Parisdəki sarsaq(arsax) nümayəndəliyi niyə ləğv etmir?

1607 19.06.2022 16:00 Qarabağ xəbərləri A A

Xankəndi separatçıları yenə xaricdə sülənirlər - Fransa, Osetiya, Livan...

Son günlər təkcə Xankəndinə qanunsuz səfərlər artmayıb, həm də Azərbaycan torpaqlarına sığınmış köçmən separatçı ermənilər xaricdə sülənməyə başlayıblar.

Belə ki, bu günlərdə “artsax(sarsaq) parlamenti”nin “rəhbəri” Artur Tovmasyan Parisdə peyda olub. O, bu ölkədə qeyri-qanuni fəaliyyətinə şərait yaradılmış qondama qurumun “daimi nümayəndəsi” Hovhannes Gevorgyanla görüşüb.

Məlumata görə, görüş zamanı 2020-ci ildə 44 günlük müharibə zamanı Fransa siyasətçiləri və yerli hökumətlər tərəfindən göstərilən yardım və bunun davam etdirilməsinin zəruriliyi müzakirə edilib. Fransa Senatı və Milli Assambleyası tərəfindən qurama qurumla bağlı “qəbul edilmiş qətnamələrin əhəmiyyəti vurğulanıb”. Artur Tovmasyan Fransadakı “daimi nümayəndəliyin” fəaliyyətini yüksək qiymətləndirib. Bildirilir ki, Tovmasyan Fransanın erməni icmasının və Fransanın siyasi dairələrinin nümayəndələri ilə görüşüb, amma hansısa konkretləşmə yoxdur.
Bu kimi “səfərlərin” Bakıda etirazlar doğurmasına baxmayaraq, Paris iddia edir ki, həmin şəxslərin səfəri fərdi xarakter daşıyır və Fransa hökumətinin bu səfərin təşkilində heç bir iştirakı olmur. Lakin belə formal izahat Fransanın niyyətini və siyasətini təmizə çıxarmaq üçün kifayət deyil. Çünki müharibədən sonra da qondarma rejimin nümayəndəliyinin Fransada “fəaliyyətini” davam etdirməsi regionda sülhün güclənməsinə xidmət etmir.

Maraqlıdır ki, hələ müharibədən çox əvvəl Ukraynanın şərqindəki qondarma “Donetsk xalq respublikası”nın Parisdəki nümayəndəliyini haqlı olaraq ləğv etdi. Amma Qarabağdakı qondarma rejimin nümayəndəliyi hələ də Parisdə himayə edilir kii, bu da Fransa hökumətinin ermənipərəst siyasətinin bariz nümunəsidir.

Qeyd edək ki, bundan əvvəl hələ də özünü Xankəndində “xarici işlər nazir” adlandıran David Babayan tanınmamış Cənubi Osetiyaya səfər edib. O da Tsxinvalidə qondarma Cənubi Osetiyanın “xarici işlər naziri” Dmitri Medoyev, “Donetsk Xalq Respublikası”nın “xarici işlər naziri” Natalya Nikonorova və “Luqansk Xalq Respublikası”nın “xarici işlər naziri” Vladislav Deineqo ilə görüşmüşdü. Görüşdə seperatçı qurumlar arasında əməkdaşlıq müzakirə olunub.

Ötən ay Xankəndindən daha bir “nümayəndə heyəti Livanda Erməni Yeparxiyasının, Livan parlamentinin erməni deputatları, o cümlədən bu ölkədə nazir posti tutan erməni kökənli şəxslər iştirak ediblər.

Livanın erməni icmasına müharibədən sonrakı reallıqlarından irəli gələn vəziyyət təqdim edilib, Qarabağa sığınmış “məcburi köçkünlərin” mənzil və sosial problemlərini həll etmək üçün maddi yardım istənilib. Çıxışlardd Rusiya sülhməramlı qüvvələrinin rolu da xüsusi vurğulanıb, onları “xalqın təhlükəsizliyinin etibarlı təminatçıları” adlandırıblar.

Göründüyü kimi, separatçı qurumun “nümayəndələri” xaricdə sülənərək, fəal anti-Azərbaycan təbliğatı aparırlar ki, bu da son nəticədə öz başlarında çatlayacaq....

Orxan Əliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR